Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.09.2021 17:04
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti yığıncağı keçirilib.

İclası giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Akademik AMEA Naxçıvan Bölməsinin yeni təsdiq edilmiş Əsasnaməsi və Naxçıvan Muxtar Respublikasında elm sahələrinin prioritet istiqamətlər üzrə inkişafını təmin etmək məqsədilə qarşıda duran vəzifələrdən bəhs edib.

Sonra AMEA Naxçıvan Bölməsi aparatının Təchizat və xidmət şöbəsinin əməkdaşı İlham Cəfərov 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti haqqında məruzə edib. Məruzədə bildirilib ki, bölmənin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutları və tabe qurumların inzibati binalarında qaz, su, işıq və istilik sistemlərinə texniki baxış keçirilib, ehtiyac duyulan təmir işləri aparılıb, yarana biləcək nöqsanların qarşısının alınması istiqamətində ehtiyat tədbirləri həyata keçirilib.

İclasda, həmçinin elmi məqalələrin beynəlxalq standartlara uyğun hazırlanmasının 2021-ci il üzrə fəaliyyət planı, elmi-tədqiqat müəssisələrinin rüblük hesabatlarının hazırlanma vəziyyəti ilə bağlı məruzələr dinlənilib, gündəlikdəki digər məsələlər Rəyasət Heyətinin müzakirəsinə çıxarılaraq müvafiq qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: