Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.04.2015 00:00
  • A-
  • A
  • A+

Yer Elmləri Bölməsinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

Yer Elmləri Bölməsinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

Aprelin 27-də AMEA-nın Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin növbəti iclası keçirildi.

İclasda büro üzvləri, Geologiya və Geofizika, Coğrafiya institutlarının və Respublika Seysmoloji Xidmət Mərkəzinin direktorları, elmi işlər üzrə direktor müavinləri və elmi katibləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov gündəlikdəki məsələlər barədə məlumat verdi.

Sonra Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov ARDNŞ-n Elm Fondunun 2013-cü ilin müsabiqəsinin qalibi olmuş “Qobustanın dərində yatan çöküntülərinin karbohidrogen potensialı (palşıq vulkanlarının yanar şişt və neftli süxur tullantıları əsasında)” adlı layihənin yekun hesabatı ilə bağlı çıxış etdi. Uzun illərdir rayonunun karbohidrogen potensialı üzrə tədqiqatların aparıldığını söyləyən O.Abbasov bildirdi ki, ilk dəfə olaraq Qobustanın palçıq vulkanlarının yer səthinə çıxartdığı yanar şist və neftli süxur tullantıları ilə rayonun böyük qalınlığa malik Paleogen-Miosen çöküntülərinin neft-qazlılıq məsələləri yeni baxışa istinadən araşdırılır. O, qeyd olunan problem üzrə apardığı elmi-tədqiqat işlərinin nəticələrini bölmə üzvlərinin diqqətinə çatdırdı. Layihənin yekun hesabatı bölmə üzvləri tərəfindən yekdilliklə qəbul edildi.

Tədbirdə 2014-cü il üzrə fəlsəfə doktoru hazırlığı üzrə Geologiya və Geofizika İnstitutunun dissertanturasına qəbul, həmin institutun əməkdaşlarının ştatda vakant vəzifələrə təyininin təsdiqi, həmçinin bu elm müəssisəsinin strukturunda qismən dəyişiklik edilməsi məsələlərinə də baxıldı.

<i>© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.</i>

  • Paylaş: