Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.09.2021 16:26
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlərə baxılıb

Neft və Qaz İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlərə baxılıb

AMEA-nın Neft və Qaz İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutun baş  direktoru, akademik Fəxrəddin Qədirovun sədrlik etdiyi iclasda elmi işlər üzrə direktor müavini, elmi katib, şura üzvləri, şöbə müdirləri və digər aidiyyəti şəxslərin iştirakı ilə bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub.

Əvvəlcə akademik Fəxrəddin Qədirov gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda texnika elmləri üzrə fəlsəfə doktoru Bünyad Kazımov “Azərbaycanın neft-qaz sahəsində vəziyyət haqqında” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi Azərbaycanın neft-qaz sahəsində 2021-ci ilin birinci yarımilinə dair hasilat, qazma və ixrac məlumatlarını diqqətə çatdırıb. Təqdimatda il ərzində cari müddətədək ölkəmizdə yataqların işlənilməsi və kəşfiyyatı, ehtiyatların mənimsənilməsi üzrə həyata keçirilən əməkdaşlıq layihələri, əlamətdar hadisələr, neft-qaz sahəsində idarəolunma məsələləri ilə bağlı mövcud tendensiyalar haqqında müfəssəl məlumatlar verilib. Məruzə ətrafında müzakirələr aparılıb, belə məlumatların vaxtaşırı nəzərə çatdırılmasının məqsədəuyğunluğu qeyd edilib.

İclasda Neft və Qaz İnstitutunda aparılan tədqiqatların mövzuları da müzakirə olunub.

Daha sonra müəssisənin magistratura, doktorantura və dissertanturasına qəbul haqqında Təhsil şöbəsinin müdiri Arif Hüseynov məlumat verib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: