Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

01.10.2021 14:15
  • A-
  • A
  • A+

Tarix Muzeyində çəkməformalı saxsı qablar mühafizə olunur

Tarix Muzeyində çəkməformalı saxsı qablar mühafizə olunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyası unikal materiallarla zəngindir. Maraqlı nümunələrin kiçik bir hissəsini Qızılburundan və Mingəçevirdən aşkar edilmiş çəkməformalı gil qablar təşkil edir.

Sovet arxeoloqu Aleksandr Müller tərəfindən 1926-cı ildə Qızılburundan tapılmış çəkməformalı gil qab qırmızı rənglidir. 1946-1953-cü illərdə də arxeoloq Saleh Qazıyevin rəhbərliyi ilə Mingəçevirdə aparılmış arxeoloji qazıntılar zamanı çoxbükülü torpaq qəbirlərdən çəkməformalı gil qablar aşkar olunub. Bunlar çarığa bənzəyən quruluşlara malik olub, boz rənglidir. Bu qablar içinin boş və dolu olmasına görə fərqlənirlər.

Maraqlıdır ki, çəkməformalı gil qablara yalnız qəbirlərdə rast gəlinir. Həmin qablara qəbirlərdə rast gəlinməsini tədqiqatçılar tərəfindən dəfn ayini - ölünü sanki “o biri dünyaya” yola salmaq və ona “yaxşı yol” arzulamaq kimi izah olunub. Azərbaycandan tapılmış çəkməformalı gil qablar sovet tarixçisi Qavriil İone tərəfindən ayrıca öyrənilib. O, bu qabların dövrünü e.ə. I minilliyin birinci yarısına aid etmişdi.

Qeyd edək ki, bu saxsı qablar Naxçıvan və Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti tayfalarının həm geyim zövqünü, həm də axirət dünyası haqqında təsəvvürlərini öyrənmək üçün əhəmiyyətlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: