Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.10.2021 10:08
  • A-
  • A
  • A+

Folklor İnstitutunun əməkdaşı IX Beynəlxalq Altay Topluluqları simpoziumunda iştirak edib

Folklor İnstitutunun əməkdaşı IX Beynəlxalq Altay Topluluqları simpoziumunda iştirak edib

AMEA-nın Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova Türkiyədə IX Beynəlxalq Altay Topluluqları simpoziumunda iştirak edib.

“Dastanlar və dastan mədəniyyəti” mövzusuna həsr olunan simpoziumun elmi heyətində yer alan A.İbrahimova beynəlxalq tədbirdə “Goroğlu” - “Koroğlu” silsilə dastanlarında qadın obrazları” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycan və özbək variantlarında qadın xarakterlərin mifoloji semantikasına və dastandakı funksiyasına görə tipoloji fərqliliklərdən, eləcə də dastanın süjet xəttindəki hadisələrin inkişafında qadın obrazlarının funksiyasından bəhs edib.

Aynur İbrahimova simpoziumda sertifikata layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: