Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.05.2025 10:34
  • A-
  • A
  • A+

“İnsan hüquqları və ətraf mühit” mövzusunda məlumat sessiyası keçirilib

“İnsan hüquqları və ətraf mühit” mövzusunda məlumat sessiyası keçirilib

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu və Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə “İnsan hüquqları və ətraf mühit” mövzusunda məlumat sessiyası keçirilib.

Tədbiri giriş nitqi ilə açan institutun icraçı direktoru Rəvan Mehdiyeva iştirakçıları salamlayaraq, 28 May – Müstəqillik Günü münasibətilə onları təbrik edib. O, müstəqilliyin əhəmiyyətini vurğulayaraq, insan hüquqları və ekoloji problemlərin qarşılıqlı təsirinin vacibliyini qeyd edib.

Daha sonra R.Mehdiyeva seminarın mahiyyətini açıqlayaraq sözü qonaqlara verib. Sessiya çərçivəsində Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-eksperti Hamlet Babayev “Universal insan hüquqları konsepsiyası və Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyası: təsbit olunmuş əsas insan hüquqları və azadlıqlar”, Zümrüd Əlizadə isə “İnsan hüquqları ətraf mühit kontekstində və ətraf mühitə qarşı qəsdlərin insan hüquqlarına təsiri ilə bağlı nümunələr” mövzusunda təqdimatla çıxış ediblər.

Müzakirələr zamanı ekoloji problemlərin hüquqi həlli yolları və maarifləndirmə tədbirləri nəzərdən keçirilib.

Sonda sual-cavab sessiyası keçirilib, iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: