Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.10.2021 11:58
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutu ilə “XANİ” MMC arasında müqavilə imzalanıb

Polimer Materialları İnstitutu ilə “XANİ” MMC arasında müqavilə imzalanıb

AMEA-nın Polimer Materialları İnstitutu və Sumqayıtda yerləşən “XANİ” MMC arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqaviləyə əsasən institutun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının əməkdaşlarının müəssisədə alınan polimer tullantılarının təkrar emalı problemi ilə əlaqadar olaraq kompleks şəkildə elmi-tədqiqat işləri aparması nəzərdə tutulur. 

“XANİ” MMC-nin müəssisələrində görülən işlər və avadanlıqların iş prinsipləri ilə tanış olmaq məqsədi ilə laboratoriyanın müdiri, kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanovun rəhbərliyi ilə laboratoriya əməkdaşları müəssisədə fəaliyyət göstərən “plyonka” sexində iri və kiçik tutumlu çəlləklərin, boruların və müxtəlif tip məmulatların hazırlanma texnologiyası ilə əyani tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: