Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.10.2021 15:34
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana oxuculara əyani xidməti yenidən bərpa edib

Mərkəzi Elmi Kitabxana oxuculara əyani xidməti yenidən bərpa edib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) 2021-ci il oktyabrın 15-dən etibarən fəaliyyətini yenidən bərpa edib.

Kitabxananın baş direktoru, professor Məmməd Əliyev pandemiyadan sonra MEK-ə ilk daxil olan oxucuya 1 illik oxucu kartını təqdim edib.

Qeyd edək ki, pandemiya ilə əlaqədar ötən iki il ərzində AMEA-nın Mərkəzi Elmi Kitabxanası fəaliyyətini onlayn şəkildə həyata keçirib. Qapılarını oxuculara yenidən açan MEK tərəfindən bir sıra yeniliklər də edilib. MEK-də ilk dəfə olaraq, AMEA-nın əməkdaşları, magistrantları, dissertant və doktorantları, Qarabağ və Vətən müharibəsi qaziləri, habelə şəhid ailələri və veteranların ailələri, eləcə də yaşı 75-dən yuxarı olan şəxslər üçün oxu zallarından, kitab və kitabxana fondlarına məxsus sənədlərdən istifadə ödənişsiz əsaslarla həyata keçiriləcək.

Xatırladaq ki, Mərkəzi Elmi Kitabxanadan  COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı olan şəxslər istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: