Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.10.2021 17:12
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzində 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib

Şəki Regional Elmi Mərkəzində 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzində (ŞREM) 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü Dövlət Müstəqilliyinin Bərpası Gününün tarixi əhəmiyyətindən, ulu öndərin müstəqilliyin qorunub saxlanması istiqamətindəki misilsiz xidmətlərindən danışıb.

Daha sonra ŞREM-in əməkdaşları b.ü.f.d. Fərhad Əzizov, g.-.m.ü.f.d. Hüseyn Mustafabəyli çıxış edərək 1991-ci ildə dövlət müstəqilliyinin bərpa edilməsinin müasir tariximizin parlaq səhifəsi olduğunu söyləyiblər.

Çıxış edənlər müstəqilliyimizin bərpasının əhəmiyyəti, ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda apardığı məqsədyönlü fəaliyyəti haqqında fikirlərini bölüşüblər.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: