Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

19.10.2021 15:58
  • A-
  • A
  • A+

Tarix Muzeyində “Elmi macəralar saatı” layihəsi çərçivəsində növbəti interaktiv dərs keçirilib

Tarix Muzeyində “Elmi macəralar saatı” layihəsi çərçivəsində növbəti interaktiv dərs keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə “Elmi macəralar saatı” layihəsi çərçivəsində şagirdlər üçün “Xilas olunmuş xəzinə” adlı əyləncəli və öyrədici dərs təşkil edilib.

İnteraktiv dərsdə 262 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

Mühazirədən, kvest formasında qurulmuş oyundan və praktik dərsdən ibarət olan dərsin birinci hissəsində muzeyin Arxeologiya elmi-fond şöbəsinin əməkdaşı Mircavid Ağalarov tərəfindən şagirdlərə sərgi əsasında Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti haqqında mühazirə oxunub.

İkinci hissədə İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlı tərəfindən intellektual kvest formasında oyun təşkil olunub. Üçüncü hissədə isə şöbənin əməkdaşları Lalə Məmmədova və Nigar Əhmədli tərəfindən şagirdlərə muzeydə qorunan qədim uşaq oyuncaqlarının oxşarının milli ornamentlərlə rənglənməsi öyrədilib.

Sonda şöbə müdiri Fəridə Şəmsi tərəfindən şagirdlərə sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: