Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.10.2021 16:59
  • A-
  • A
  • A+

“Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər” üzrə komitənin ilk iclası keçirilib

“Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər” üzrə komitənin ilk iclası keçirilib

Oktyabrın 21-də “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi tərəfindən AMEA-nın Aşqarlar Kimyası İnstitutunun nəzdində yaradılan AZSTAND/TK 34 “Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər” Standartlaşdırma üzrə Texniki Komitənin videoformatda ilk iclası keçirilib.

Tədbirdə Texniki Komitənin sədri, institutun baş direktoru, akademik Vaqif Fərzəliyev çıxış edərək bildirib ki, komitənin yaradılmasında məqsəd Azərbaycanda istehsal olunan aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelərə tələb olunacaq standartların beynəlxalq standart səviyyəsində tərtib edilməsi və bu işlərin səmərələşdirilməsidir. Akademikin sözlərinə görə, Texniki Komitənin fəaliyyətinin əsas istiqamətlərinə standartlaşdırmanın inkişaf proqramı və illik işlərin planının, həmçinin standart layihələrinin, qüvvədə olan standartların yenidən baxılması, standartlara dəyişikliklərin hazırlanması, Texniki Komitənin hazırladığı standartlardan istifadə edən təşkilatlara, müəssisələrə, birliklərə elmi-metodik köməkliklərin göstərilməsi, standartların tətbiqinin analizi və effektiv istifadəsinin həyata keçirilməsi, mövzu üzrə kataloqların hazırlanması və buraxılmasının təşkili kimi məsələrin həlli daxildir.

Vaqif Fərzəliyev vurğulayıb ki, Texniki Komitənin tərkibinə respublikada qeyd olunan sahədə tədqiqat, istehsalat və tətbiq ilə əlaqədar ümumilikdə 10 təşkilat üzrə nümayəndələr daxil edilib. “Hazırda 2021-ci il üçün təsdiq edilmiş Fəaliyyət Planına daxil edilmiş 9 dövlət standartı yoxlanılması işləri həyata keçirilir”, - deyə akademik söyləyib.

Qeyd edək ki, iclasda AMEA-nın Aşqarlar Kimyası, Neft-Kimya Prosesləri institutlarının, AMEA Yüksək Texnologiyalar Parkının rezidenti “Təcrübə Sənaye Zavodu” MMC-nin, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, AR Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, “Azərenerji” ASC-nin, H.Əliyev adına Neft Emalı Zavodunun və “Technoil” MMC-nin nümayəndələri iştirak ediblər. Tədbirdə Texniki Komitənin üzvləri ilə tanışlıq, komitənin fəaliyyəti və atılacaq addımlar haqqında müzakirələr aparılıb, habelə yeni üzvlərin qəbul edilməsi barədə səsvermə keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: