Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.10.2021 10:35
  • A-
  • A
  • A+

MEK-in YAP ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

MEK-in YAP ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) bu müəssisənin Yeni Azərbaycan Partiyası (YAP) ərazi təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Yığıncaqda çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ziyalı, vətənpərvər, sağlam siyasi əqidəyə malik insanları öz ətrafında birləşdirən partiyanın keçdiyi inkişaf yolundan, bu yolda inamla addımlayan partiya üzvlərinin müxtəlif sahələrdə fəallıq göstərərək, ölkəmizi layiqincə təmsil etdiklərindən bəhs edib. Çıxışında şanlı zəfərimizdən danışan Bəxtiyar Nəbiyev vurğulayıb ki, xalqımız daim öz əməli ilə dövlət başçısının ətrafında sıx birləşib, bu həmrəyliyin bariz nümunələrindən biri də məhz 44 günlük Vətən müharibəsində öz təsdiqini tapıb: “Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan ordusunun əzmi, gücü, hərbi üstünlüyü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olunub”.

Tədbir zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra MEK-in YAP ərazi partiya təşkilatının idarə heyətinin sədri Aygün Səfərovanın hesabat çıxışı dinlənilib. O qeyd edib ki, AMEA Mərkəzi Elmi Kitabxanasında çalışan əməkdaşlar partiyanın ətrafında sıx birləşir, onun işini dəstəkəyir və sıralarına qəbul olmaq üçün ərizə ilə müraciətlər edirlər.

Daha sonra iclasda AMEA Mərkəzi Elmi Kitabxanasının partiya təşkilatının idarə heyətinə seçki keçirilib. MEK-in baş direktoru, professor Məmməd Əliyev təşkilatın sədri, Aygün Səfərova isə sədrin müavini seçilib.

Professor Məmməd Əliyev təşkilatın fəaliyyətinin genişləndirilməsində səylə çalışacağını bildirib.

Qeyd edək ki, tədbirin sonunda yenicə işıq üzü görən, “Ön söz”ünün müəllifi AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, redaktoru professor Məmməd Əliyev olan “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” adlı biblioqrafik göstərici YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevə hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: