Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.10.2021 12:58
  • A-
  • A
  • A+

Azərbaycanda aqrar sahənin strateji planlaşdırılmasına dair monoqrafik tədqiqat aparılıb

Azərbaycanda aqrar sahənin strateji planlaşdırılmasına dair monoqrafik tədqiqat aparılıb

AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib.

İclası institutun baş direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanov açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Sonra İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Allahyar Muradov 2021-ci ildə elmi-tədqiqat işlərinin gedişatı, illik hesabatlar ilə bağlı geniş məlumat verib. Bildirib ki, institutda son illər aparılan tədqiqatlar yüksək qiymətləndirilir. Aparılan tədqiqatlar əsasında bu il artıq bir neçə kitab çap olunub, daha 10-dan artıq tədqiqatın isə ilin sonunadək kitab formatında nəşr edilməsi nəzərdə tutulur.

Müəssisənin Təhsil şöbəsinin müdiri, dosent Gülsurə Mehdiyeva bu il İqtisadiyyat İnstitutunun magistraturasına qəbul olan 3 magistrant, onların magistr işlərinin mövzuları, elmi rəhbərləri və fərdi iş planları barədə məlumat verib və fərdi iş planları təsdiqlənib.

Elmi şuranın qərarı ilə institutun Aqrar islahatlar və ərzaq təhlükəsizliyi şöbəsinin aparıcı elmi işçisi Famil Rüstəmovun “Azərbaycan Respublikasında aqrar sahənin strateji planlaşdırılması” monoqrafiyası çapa tövsiyə edilib.

İclasda dissertasiyaların müzakirəsinin təşkili ilə bağlı mövcud vəziyyət, rəyçilərə, rəsmi opponentlərə ödənişlərin verilməsi ilə bağlı məsələlər də müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: