Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.10.2021 15:22
  • A-
  • A
  • A+

“Hüseyn Cavid və müasir dövr” mövzusunda respublika konfransı keçirilib

“Hüseyn Cavid və müasir dövr” mövzusunda respublika konfransı keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş “Hüseyn Cavid və müasir dövr” mövzusunda respublika elmi konfransı keçirilib.

Muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı konfransı giriş sözü ilə açaraq Hüseyn Cavidin əsərlərinin müstəqillik illərində tədqiq və nəşr tarixi haqqında geniş məlumat verib, dahi sənətkarın ictimai-fəlsəfi lirikasında, dramaturgiyasında qaldırılan problemlərin bu gün də aktual olduğundan danışıb, ölkəmizin yenidən öz müstəqilliyini bərpa etdikdən sonra şairin milli ideallarının reallaşdığını vurğulayıb.  

Konfransda Hüseyn Cavidin həyat və yaradıcılığını müxtəlif aspektdən araşdıran maraqlı məruzələr dinlənilib, onlardan “Hüseyn Cavid idealları və bu günümüz”, “Hüseyn Cavid yaradıcılığında qadın problemi (müasir ərəb ədəbiyyatı paralelləri kontekstində)”, “Hüseyn Cavidin “İblisin intiqamı” əsərində müasir dövrün faciələri”, “Müasir dövrdə H.Cavid irsinin təbliğində AMEA Hüseyn Cavidin Ev Muzeyinin rolu”, “Hüseyn Cavid əsərlərinin nəşri tarixi (müstəqillik illərində)” və s. mövzusunda edilən çıxışlar xüsusi maraq doğurub.

Sonda konfrans iştirakçıları xatirə şəkli çəkdirib, muzeyin ekspozisiyası ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: