Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.10.2021 16:58
  • A-
  • A
  • A+

“Nizami Gəncəvi əsərlərinin Azərbaycan dilinə tərcümələrinin dili” mövzusunda seminar keçirilib

“Nizami Gəncəvi əsərlərinin Azərbaycan dilinə tərcümələrinin dili” mövzusunda seminar keçirilib

Oktyabrın 29-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Nizami Gəncəvi əsərlərinin Azərbaycan dilinə tərcümələrinin dili” mövzusunda elmi seminar keçirilib.

Müəssisənin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli seminarın “Nizami Gəncəvi İli” çərçivəsində təşkil edildiyini diqqətə çatdırıb. B.Məhərrəmli qeyd edib ki, Nizami yaradıcılığı poeziyanın parlaq səhifələri olmaqla zəngin biliklər zirvəsidir. Dünyanın müxtəlif kitabxanalarında Nizaminin əsərləri qorunub saxlanılır, qəzəlləri, poemaları ayrı-ayrı dillərə tərcümə edilir. Bu, şairin əsərlərinin mütaliə dairəsinin geniş olduğunu göstərir. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bədii irsi milli ədəbiyyatımızı dünya bədii fikrinin ön sıralarına çıxarıb.

Tədbirdə professor Sayalı Sadıqova “Nizami Gəncəvi leksikasının terminoloji leksikası”, professor İlhami Cəfərsoy “İtaliyanın Qum kahinləri və Gəncəvinin əcdadları”, dosent Qüdsiyyə Qəmbərova “Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının iki tərcüməsində üslubi neologizmlər” və dosent Kübra Quliyeva “Nizaminin söz xəzinəsində işlənmiş kosmonimlər” mövzularında məruzə ilə çıxış ediblər. Bildirilib ki, Nizaminin əsərləri hər zaman müasirdir. Bu gün də nizamişünaslıqda yeni fikirlər söylənilir, şairin yaradıcılığı yeni estetik baxışlar tələb edir və bütün türk dünyasının, bütövlükdə bəşəriyyətin sərvətidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: