Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.11.2021 14:48
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda Zəfər Gününə həsr olunan tədbir keçirilib

Dendrologiya İnstitutunda Zəfər Gününə həsr olunan tədbir keçirilib

AMEA-nın Dendrologiya İnstitutunda Xəzər rayon İcra Hakimiyyəti və YAP Xəzər rayon təşkilatı ilə birgə Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb, həmçinin Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yığıncağı Dendrologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov açaraq 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır!” şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda mübarizəsinin ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu.

T.Məmmədov çıxışında işğaldan azad olunmuş ərazilərdə xalqımızın tarixinin, mədəni-mənəvi irsinin qorunmasının və yenidən dirçəldilməsinin, vəhşicəsinə talan edilmiş meşələrin biomüxtəlifliyinin bərpasının qarşımızda duran taleyüklü vəzifələrdən olduğunu qeyd edib.

Daha sonra YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edib. O, Azərbaycan ordusunun zəfər yürüşündən, Qarabağın xüsusən də xalqımızın ləyaqət və qürur simvolu olan Şuşanın işğaldan tam azad edilməsindən danışıb.  

Tədbirdə, o cümlədən Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva çıxış edərək, qalibiyyət simvolunun rəmzinə çevrilən Zəfər Günündən danışıb. O, xalqımızın birliyi, bərabərliyi sayəsində işğala məruz qalmış ərazilərdə milli-mənəvi dəyərlərimizin dirçəldiyini, məhv edilən mədəniyyət abidələrinin yenidən bərpa olunduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: