Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.11.2021 16:12
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Əlyazmalar İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 8 noyabr - Zəfər Gününə həsr olunmuş “Qanla yazılan tarix” adlı tədbir keçirilib.

Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov müharibədə şəhid olmuş qəhrəman və qazilərin ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edib. O, Vətən uğrunda gedən döyüşlərdə şəhidlərimizin qanının yerdə qalmadığını, düşmənə layiqli cavab verildiyini vurğulayıb.

Tədbirdə, həmçinin Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Kamandar Şərifli, Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Günaydın və Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Xanımbacı Məlikzadə çıxış edərək iştirakçıları Zəfər Günü münasibətilə təbrik ediblər.

Tədbirin sonunda Vətən müharibəsində xalqımızın möhtəşəm qələbəsini əks etdirən kitab sərgisinə baxış keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: