Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.11.2021 12:36
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Riyaziyyat və Mexanika İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxışında böyük fəxarət hissiylə qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatıb. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafında sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edilib. Alim vurğulayıb ki, bu tarixi qələbə 1 milyondan çox Azərbaycan vətəndaşının uzunillik Vətən həsrətinə və nisgilinə son qoyub.

Çıxışının sonunda Misir Mərdanov bu böyük tarixi qələbə münasibətilə xalqımızı, elmi ictimaiyyəti təbrik edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: