Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.11.2021 16:02
  • A-
  • A
  • A+

Memarlıq və İncəsənət İnstitutunda Zəfər Günü qeyd edilib

Memarlıq və İncəsənət İnstitutunda Zəfər Günü qeyd edilib

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Zəfər bayramına həsr olunan tədbir keçirilib.

Yığıncağı giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz Qarabağ torpaqlarını uzun illərdən sonra düşmən işğalından azad etdi və tarixi ədalət bərpa olundu. Azərbaycan tarixinə şanlı Zəfər Günü kimi yazılan 8 noyabr tarixi Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsidir.

Alim vurğulayıb ki, bir il ərzində institut əməkdaşları Qarabağa həsr olunmuş nəşrlər dərc etdirib, qələbənin 1 illiyinə həsr olunmuş sərgilər təşkil ediblər.  

Sonra institutun icraçı direktoru, dosent Xəzər Zeynalov “Qarabağ zəfəri təsviri sənətdə” məruzəsi ilə çıxış edib. O qeyd edib ki, bu tarixi qələbə öz bədii təcəssümünü mədəniyyətin bütün növlərində tapıb və incəsənət adamlarının yaradıcılığına böyük stimul olub. Azərbaycanın şəhər və rayonlarında qoyulan xatirə kompleksi, heykəllər qələbə ruhlu rəssam təxəyyülünün məhsuludur.

Tədbirdə sözügedən müəssisənin Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə “Azərbaycan bəstəkarlarının yaradıcılığında zəfər mövzusu” ilə bağlı çıxış edib. Alim bildirib ki, Qarabağa həsr edilən əsərlər bəstəkarların yaradıcılığında əsas yer alır. Qarabağ mövzusu simfonik əsərlərlə yanaşı mahnı janrında da özünün parlaq ifadəsini tapıb, bu istiqamətdə müsabiqələr keçirilib. Müsabiqədə bəstəkar Gülnar Verdiyevanın “Əsgər marşı” əsəri qalib olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: