AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi İkinci Fəxri xiyabanda 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarlarını ziyarət ediblər.
Şərqşünas alimlər Zəfər Günü ərəfəsində şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anaraq, məzarları üzərinə gül dəstələri düzüblər.
Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində şanlı qələbə qazandığı qeyd olunub. Bu şanlı qələbəyə görə şəhidlərimizə borclu olduğumuz ifadə edilib, onların əziz xatirəsinin ürəklərdə daim yaşayacağı, ömür yollarının gələcək nəsillər üçün örnək olacağı vurğulanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.