Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.11.2021 17:40
  • A-
  • A
  • A+

Zəfər Günü həm də Azərbaycan xalqının birliyinin rəmzi kimi tarixə düşdü

Zəfər Günü həm də Azərbaycan xalqının birliyinin rəmzi kimi tarixə düşdü

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində 8 noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması, eləcə də işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması uğurunda öz canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

RSXM-nin Həmkarlar Təşkilatının sədri, Makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev öz çıxışında 8 Noyabr - Zəfər günü haqqında danışarkən, bu bayramın Azərbaycan xalqının tarixində müstəsna rolu olduğunu bildirib.

E.Qaravəliyev bildirib ki, torpaqlarımızın azad olunmasında mərkəz əməkdaşları da iştirak ediblər. Həmçinin mərkəzin iki əməkdaşının övladları şəhid olub. Şəhid ailələri və qazilərin sosial problemlərinin hər zaman diqqətdə saxlanıldığını qeyd edən E.Qaravəliyev onlara maddi yardımların göstərildiyini qeyd edib. 

Mərkəzin Seysmologiya şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru Tahir Məmmədli isə bildirib ki, 8 noyabr Azərbaycan xalqının təkcə qələbə günü yox, həm də birliyinin rəmzi günü kimi qəbul olunmalıdır.

RSXM-nin baş direktorunun müavini Ramiz İsgəndərov isə çıxışında “Dəmir Yumruq” əməliyyatının dünya hərb tarixinə yenilik olduğunu bildirib.

Mərkəzin əməkdaşı Bəxtiyar Xanputov 44 günlük Vətən müharibəsi zamanı dünyanın gözünün Azərbaycanda olduğunu deyib.

Tədbir 8 Noyabr -Zəfər Gününə həsr olunmuş filmin nümayişi ilə yekunlaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: