Müdafiə Sənayesi Nazirliyi ilə AMEA arasında elmi-texniki əməkdaşlıq əlaqələri çərçivəsində Milli Aerokosmik Agentliyi ilə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun nümayəndələri arasında görüş keçirilib.
Görüş zamanı AR Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadov şəxsində və İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov şəxsində elmi tədqiqatların aparılması və innovativ məhsulların yaradılması sahəsində birgə fəaliyyət barədə razılıq əldə olunub və memorandum imzalanıb.
Tərəflər ölkənin iqtisadi və müdafiə potensialının gücləndirilməsinə xidmət edən, innovativ texnologiyalar əsasında perspektiv məhsulların layihələndirilməsi, iqtisadi, sosial, ekoloji və müdafiə xarakterli tətbiqi tədqiqatların aparılması, müxtəlif xarakterli kompleks sistemlərin layihələndirilməsi, doktorant və dissertantların məşğulluq səviyyəsinin artırılması, kadr mübadiləsi və digər sahələr üzrə qarşılıqlı əməkdaşlıq edəcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.