Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

24.04.2025 16:41
  • A-
  • A
  • A+

Coğrafiyaçı alimin liseyin kollektivi ilə görüşü keçirilib

Coğrafiyaçı alimin liseyin kollektivi ilə görüşü keçirilib

Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin müəllim-tələbə heyətinin AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri c.e.d., prof. Rza Mahmudovla görüşü keçirilib.

“Bir damla su dünyanı gəzir” devizi altında keçirilən tədbirdə məktəblilər dünyada müasir su problemləri ilə bağlı müxtəlif təqdimat və səhnəciklərlə  çıxış ediblər. Onlar dünyada suyun yaranması, onun canlı biosferdə və insan həyatında rolu, suyun fiziki anomal, kimyəvi xüsusiyyətləri, onun müasir dövrdə kəmiyyət və keyfiyyət göstəricilərinin dəyişməsinə qədər məlumatları əyani olaraq təqdimatlarda çatdıra biliblər.

Professor Rza Mahmudov çıxış edərək müasir dövrdə şirin su çatışmazlığı, qlobal istiləşmənin fəsadları və onun su ehtiyatlarına təsiri, insanların suya olan tələbatının artmasını, su mənbələrinin qorunması, mühafizəsi, suya qənaət üsulları və s. haqqında iştirakçılara məlumat verib.

Alim çıxışının sonunda tədbirin təşkilatçılarına, liseyin müəllim-şagird kollektivinə və rəhbərliyinə təşəkkürünü bildirib, bu təfəkkür, ideologiya ilə formalaşan gənc nəslin gələcəkdə belə vacib problemin həllinə öz əvəzsiz töhfələrini verəcəklərinə əminlik ifadə edib.

Sonda xatirə şəkilləri çəkilib və prof. Rza Mahmudov öz yeni kitabını liseyin direktoruna hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: