Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.04.2015 00:00
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda keçirilmiş tədbirdə rusiyalı alimin məruzəsi dinlənilib

Coğrafiya İnstitutunda keçirilmiş tədbirdə rusiyalı alimin məruzəsi dinlənilib

AMEA Coğrafiya İnstitutunda növbəti elmi seminar keçirilib. Akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən tədbirdə Rusiya Coğrafiya Cəmiyyətinin vitse-prezidenti, Ural Çöl İnstitutunun yaradıcısı və direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Aleksandr Aleksandroviç Çibilyov “Avrasiyanın çöl landşaftları tarixi  restrospektivdə”  mövzusunda məruzə  ilə çıxış edib.

Azərbaycanda çöl tədqiqatları zamanı əsasən yarımsəhra, quru-çöl və çöl landşaftlarının xarakterik təbii irsini öyrəndiyini söyləyən A.A.Çibilyov bildirib ki, həmin landşaftlarda təbiət abidələrini araşdırmaq  məqsədilə Şirvan Milli Parkında qorunan ceyranların yayılma əraziləri,  Bəndovan palçıq vulkanı ilə tanış olmuşlar. Daha sonra  Kür-Araz ovalığında, Səlyan, Muğan və Mil düzlərində yayılmış bitki və heyvanların, xüsusilə heyvanların ekologiyası ilə tanış olmuş, onların yayılma arialını müəyyən etmişlər. Bundan başqa, respublikamızın etnoqrafiyası da rusiyalı qonaqlarda maraq doğurmuşdur.

Məruzə ətrafında müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: