Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.11.2021 17:00
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü qeyd olunub

Fizika İnstitutunda Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının Fizika İnstitutunda yerləşən ərazi partiya təşkilatında partiyanın yaranmasının 29-cu ildönümünə həsr olunmuş iclas keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

İclası AMEA-nın birinci vitse-prezidenti v.i.e., Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov açaraq YAP-ın yaranma tarixindən və ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra ölkəmizin yeni inkişaf dövrünə qədəm qoymasından danışıb.

Sonra Fizika İnstitutunun YAP Ərazi partiya təşkilatının sədri, f.ü.f.d. Şəhla Xəlilova və təşkilat üzvləri Günay Muradova, Günel Məhərrəmova, Gülnaz Daşdəmirova,  Bayram Xudayarov və Qızbəs Məmmədova çıxış edərək YAP-ın müasir Azərbaycanın tarixindəki rolundan, ulu öndər Heydər Əliyevin ölkəmiz üçün tarixi xidmətlərindən və 44 günlük Vətən müharibəsindən söz açıblar.

İclasda, həmçinin Fizika İnstitutunun YAP Ərazi partiya təşkilatının son 6 ay ərzində fəaliyyətinə dair məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: