Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.11.2021 14:26
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda YAP ilk Ərazi təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Coğrafiya İnstitutunda YAP ilk Ərazi təşkilatının hesabat-seçki yığıncağı keçirilib

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Əvvəlcə iclas iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra institutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov tədbiri giriş sözü ilə açaraq Azərbaycan tarixində dönüş yaradan şanlı qələbə münasibətilə iclas iştirakçılarını təbrik edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günə geri qaytardığı torpaqlarda böyük quruculuq işlərinin getdiyini diqqətə çatdıran baş direktor vaxtı ilə evlərini tərk edən qaçqınların doğma yurda dönə biləcəklərini və çiçəklənən Qarabağda yaşayacaqlarını, ölkəmizdə artıq bir nəfər də qaçqının olmayacağına diqqəti çəkib. Z. Eminov çıxışında eyni zamanda institut əməkdaşlarının hazırladıqları “Qarabağın coğrafiyası” monoqrafiyasının qələbəmizə bir töhfə olduğunu xüsusi qeyd edib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm qələbələrdən, xalqımızın yenilməzliyindən, Qarabağda gedən quruculuq işlərindən, Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatında oynadığı aparıcı rolundan danışıb.

Sonra Coğrafiya İnstitutunun ilk Ərazi partiya təşkilatının sədri Bibixanım İbrahimovanın hesabatı dinlənilib. O, VI qurultaydan sonrakı dövr ərzində görülən işlərdən danışıb. Daha sonra təşkilatın yeni seçilən sədr və sədr müavini təsdiq edilib. Səsvermə nəticəsində Bibixanım İbrahimova sədr, Məhbubə Fətullayeva sədr müavini seçilib.

Tədbirdə çıxış edən c.ü.f.d. Etibar Bədəlov Birinci Qarabağ müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə iştirakından söz açıb.

İnstitutun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Aida Aslanova çıxışında bildirib ki, YAP-ın aktiv gəncləri sıralarında olaraq keçirilən bütün konfrans və iclaslarda iştirak edib. O, Partiyanın 29-cu il dönümü,  Zəfər bayramı münasibəti ilə təşkil olunan tədbirlərdə olub, şəhid və qazi ailələri ilə görüşlər keçirib, 44 günlük müharibə dönəmində fəal vikipediyaçı kimi informasiya cəbhəsində uğurlar qazanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: