Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.11.2021 15:04
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda YAP ilk Ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib

Şərqşünaslıq İnstitutunda YAP ilk Ərazi partiya təşkilatının hesabat-seçki iclası keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ilk Ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Toplantıda Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, təşkilatın baş məsləhətçisi  Elnarə Mustafayeva və Şərqşünaslıq İnstitutundan ilk Ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Yığıncağı giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev partiyanın ərazi təşkilatlarının fəaliyyətinin əhəmiyyətindən danışıb və hesabat üçün sözü YAP-ın Şərqşünaslıq İnstitutunda ərazi partiya təşkilatının sədri, institutun Təhsil şöbəsinin müdiri, f.ü.f.d., dosent Lalə Bayramovaya verib.

Lalə Bayramova YAP-ın Şərqşünaslıq İnstitutunda ərazi partiya təşkilatının ötən 5 il ərzindəki fəaliyyəti barədə ətraflı məlumat verərək, hazırda yeni qəbul olunan 14 nəfərlə birlikdə təşkilatın 55 üzvü olduğunu qeyd edib.

Sonra Yeni Azərbaycan Partiyasının Şərqşünaslıq İnstitutunda ilk Ərazi partiya təşkilatına yeni seçkilər keçirilib. Səsvermədə təşkilat üzvlərinin yekdil qərarı ilə öncəki dövrdə səmərəli fəaliyyətləri nəzərə alınaraq, yenidən sədr vəzifəsi f.ü.f.d. Lalə Bayramovaya, müavin vəzifəsi isə f.ü.f.d. Xanımzər Kərimovaya həvalə edilib.

Daha sonra YAP-ın Şərqşünaslıq İnstitutunda ərazi partiya təşkilatına üzvlüyə yeni qəbul olunan institut əməkdaşlarına vəsiqələr təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: