Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.11.2021 17:20
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun Elmi şurasının iclası keçirilib

Neft və Qaz İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Neft və Qaz İnstitutunun Elmi şurasının iclası keçirilib.

İnstitutun baş direktoru, akademik Fəxrəddin Qədirov gündəlikdəki elmi-təşkilati məsələlər barədə məlumat verib.

İclasda Neft və Qaz İnstitutunun struktur bölmələrinin 2021-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilib.

Sözügedən müəssisənin Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri şöbəsinin hesabatını t.e.ü.f.d. Bünyad Kazımov və Neft-qaz geofizikası şöbəsinin hesabatını isə g.-m.e.d. Namaz Yusubov təqdim ediblər. Hesabatlarda institutun elmi-tematik planına uyğun olaraq şöbələrdə yerinə yetirilən elmi işlərin nəticələri, alınmış mühüm nəticələr, əməkdaşların dərc edilmiş elmi əsərləri, beynəlxalq elmi əlaqələr, elm və təhsilin inteqrasiyası və əməkdaşların elmi tədbirlərdə iştirakı haqqında məlumat verilib. Hesabatların ətrafında müzakirələr aparılıb və tövsiyələr verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: