Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.11.2021 10:34
  • A-
  • A
  • A+

Coğrafiyaçı alimlər beynəlxalq konfransda ekoloji vəziyyəti müzakirə ediblər

Coğrafiyaçı alimlər beynəlxalq konfransda ekoloji vəziyyəti müzakirə ediblər

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları, coğrafiya üzrə fəlsəfə doktorları Elina Kərimova, şöbə müdiri Zaur İmrani, böyük elmi işçisi Natəvan Cəfərova, elmi işçilər Bəyimxanım Hüseynova, Elnarə İsmayılova və doktorant Gülər Hidayətli Gürcüstanın Tbilisi şəhərində “Gürcüstan və Azərbaycan Cənubi Qafqazda ekoloji sülhün qurulması üzrə geoloji tədqiqatlarda potensialın gücləndirilməsi” (Capacity Building in Geoscientific Research on Environmental Peacebuilding in the Southern Caucasus - Georgia and Azerbaijan) mövzusunda hibrid formatda beynəlxalq konfransda iştirak ediblər.

Konfrans Almaniyanın Yustus Libix adına Qissen Universitetinin Coğrafiya şöbəsi, İ. Cavaxişvili adına Tbilisi Dövlət Universiteti nəzdində V. Baqrationi adına Coğrafiya İnstitutu və AMEA-nın akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirin işi münaqişə tərəfləri arasında daha dinc münasibətlərin yaranması üçün münaqişəli münasibətdə olan ölkələr arasında əməkdaşlığı, eləcə də ətraf mühitin mühafizəsini dəstəkləyən və tədqiq edən “Ətraf mühitin mühafizəsi üzrə sülh quruluşu” adlanan coğrafi istiqamət əsasında təşkil edilib.

İnstitut əməkdaşları N.Cəfərova “Transsərhəd ərazilərdə təbii ehtiyatların idarə edilməsi problemləri”, B.Hüseynova “Qarabağ bölgəsində çay ehtiyatlarının ekoloji vəziyyətindəki dəyişikliklər”, G.Hidayətli “Samur çayının ekoloji vəziyyəti və onun rayonun sosial-iqtisadi inkişafına təsiri”, E.İsmayılova “Göygöl Milli Parkının ekoturizm potensialı” mövzusunda konfransda məruzə ilə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: