Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.11.2021 14:18
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunda Qarabağın iqtisadi potensialı ətrafında müzakirələr aparılıb

İqtisadiyyat İnstitutunda Qarabağın iqtisadi potensialı ətrafında müzakirələr aparılıb

AMEA-nın İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.

İnstitutun baş direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanov seminarın əsas müzakirə mövzusundan danışıb.

Tədbirdə İqtisadiyyat İnstitutunun Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Məzəddin Əyyubov “İqtisadi potensial” mövzusunda məruzə edib.

Məruzəçi iqtisadi potensial anlayışına geniş şərh verib, iqtisadi potensial sistemi və onun əsas elementləri, təbii sərvətlər, ölkənin, regionun əsas potensialı, iqtisadi potensialı müəyyənləşdirən başlıca amillər, imkanlar və reallıqlar barədə danışıb. Bildirib ki, potensial kateqoriyasına (anlayışı) hər hansı bir sahədə ehtiyat vasitələri, imkanları kimi baxılır. Bu anlayış iqtisadiyyat sistemlərinə aid olan və dinamik iqtisadiyyat sistemlərinin fəaliyyətini təmin edən ehtiyat amilləri ifadə edir. Təbii sərvətlərin olması hələ tam iqtisadi potensial demək deyil, əsas məsələ həmin potensialın reallaşdırılması üçün bütün iqtisadi amillərin mövcudluğudur. Bu baxımdan real iqtisadi potensial anlayışı daha geniş məna kəsb edir.

Seminarda Qarabağın iqtisadi potensialı, təbii sərvətləri və onlardan istifadə imkanları, regionun inkişaf perspektivləri məsələləri ətrafında geniş müzakirələr aparılıb. Qarabağdakı iqtisadi potensialın hərəkətə gətirilməsi üçün mühüm olan amillər barədə danışılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: