Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

25.11.2021 11:34
  • A-
  • A
  • A+

Tarixi Muzeyində Avstriyanın “Fabco Gmbtl” şirkətinin icraçı direktoru ilə görüş keçirilib

Tarixi Muzeyində Avstriyanın “Fabco Gmbtl” şirkətinin icraçı direktoru ilə görüş keçirilib

Avstriyanın Fabco Gmbtl şirkətinin icraçı direktoru Aleksandr Vilhelm AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olub.

Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı qonaqları muzeyin yaranma tarixi, fəaliyyət istiqamətləri və burada əldə olunan nailiyyətlər barədə məlumatlandırıb. Muzeyin Azərbaycan milyonçusu, mesenat H.Z.Tağıyevin mülkündə yerləşdiyi bildirilib. Muzeydə hal-hazırda aparılan təmir-bərpa işlərindən sonra qurulacaq yeni ekspozisiya və H.Z.Tağıyevin xatirə muzeyinin təşkili işlərindən, muzeyin 2020-ci ildə 100 illik yubileyinin keçirilməsi və bu istiqamətdə görülən işlərdən də danışılıb. Görüşdə Azərbaycan-Avstriya mədəni əlaqələrinə toxunulub və bu əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin qonaqlara muzeydə fəaliyyət göstərən bərpa laboratoriyası, sərgilərin təşkili və müasir muzey texnologiyalarının tətbiqi haqqında məlumat verilib. Hər iki tərəf gələcək əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və muzeylərarası təcrübə mübadiləsi məsələlərini müzakirə ediblər.

Daha sonra Aleksandr Vilhelm təmsil etdiyi müəssisənin fəaliyyəti haqqında söhbət açıb. A.Vilhelm muzey eksponatlarının, əsasən tarixi əlyazmaların dijital restavrasiya işlərinin aparılmasını xüsusi vurğulayaraq, Milli Azərbaycan Tarixi Muzeyi ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Məqsəd mədəni irsin məhv olmaması və əlyazmaların dijital faksimile surətinin çıxarılması və böyük auditoriyaya çatdırılmasından ibarətdir. Çıxışının sonunda A.Vilhelm Milli Azərbaycan Tarixi Muzeyinə öz nəşrlərini hədiyyə edib və bu görüşdən məmnunluğunu ifadə edərək muzey rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda Avstriyalı qonağa muzeyin nəşrləri hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: