Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.11.2021 10:34
  • A-
  • A
  • A+

“Elmdə müvəffəqiyyətə səbəb olan əsas faktorlar: multidissiplinarlıq, əməkdaşlıq və effektiv ünsiyyət” mövzusunda vebinar keçirilib

“Elmdə müvəffəqiyyətə səbəb olan əsas faktorlar: multidissiplinarlıq, əməkdaşlıq və effektiv ünsiyyət” mövzusunda vebinar keçirilib

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Azərbaycan Kimya Cəmiyyətinin (Azerbaijan Chemical Society) təşkilatçılığı ilə “Elmdə müvəffəqiyyətə səbəb olan əsas faktorlar: multidissiplinarlıq, əməkdaşlıq və effektiv ünsiyyət” mövzusunda vebinar keçirilib.

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayevin moderatorluğu ilə keçirilən vebinar ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların xatirəsinin anılması ilə başlayıb. Elmir Babayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin qazandığı böyük qələbənin birinci ildönümü münasibətilə xalqımızı və vebinar iştirakçılarını təbrik edib.

Sonra ABŞ-da yaşayan, Emori Universiteti “Emerson adına Elmi Hesablamalar Mərkəzi”nin direktoru professor Camal Musayev “Elmdə müvəffəqiyyətə səbəb olan əsas faktorlar: multidissiplinarlıq, əməkdaşlıq və effektiv ünsiyyət” mövzusunda təqdimatla çıxış edib. Alim şəxsi təşəbbüsü ilə yaradılmış elmi mərkəzdən və orada həyata keçirilən müxtəlif istiqamətli tədqiqatlardan söz açıb. C.Musayev tədqiqat mərkəzinin nəzəri və kompüter kimyası, C-H rabitəsinin fəza funksionallaşdırılması, alternativ enerji, suyun katalitik çevrilməsi, fotokataliz sahəsində alınan nəticələrini auditoriyanın nəzərinə çatdırıb.

Qeyd edək ki, professor Musayevin rəhbərliyi ilə aparılan tədqiqatların nəticələri hərbi sənayedə, farmakologiyada, alternativ və bərpaolunan enerji sahələrində geniş şəkildə tətbiq olunmaqdadır. Sonda həmyerlimiz birgə tədqiqat imkanları və gənclərin xaricdə təhsili barədə fikirlərini bölüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: