Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.11.2021 10:38
  • A-
  • A
  • A+

Botanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Botanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

AMEA-nın Botanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası institutun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva açaraq Elmi şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib. S.İbadullayeva Botanika İnstitutunun icraçı direktoru vəzifəsinə təyin olunmuş biologiya elmləri doktoru, dosent Şakir Qasımovu kollektivə təqdim edib.

Tədbirdə müəssisənin Eksperimental botanika, Təhsil, Elmi informasiya və innovasiya, o cümlədən İctimaiyyətlə əlaqələr şöbələrinin 2021-ci il üçün illik hesabatları dinlənilib. Məruzələr ətrafında yaranan suallar cavablandırılıb və hesabatlar qənaətbəxş hesab olunub.

Sonda sözügedən müəssisə üzrə 2021-ci ildə əldə olunmuş mühüm nəticələrə dair geniş müzakirələr aparılıb, şura üzvləri müzakirə olunan məsələlər barədə fikir və təkliflərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: