Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.11.2021 14:38
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasında 2022-ci ildə aparılacaq tədqiqat işləri müzakirə olunub

Şamaxı Astrofizika Rəsədxanasında 2022-ci ildə aparılacaq tədqiqat işləri müzakirə olunub

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Elmi şurasının növbəti  iclası keçirilib.

İclası Elmi şuranın  sədri, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

Tədbirdə ŞAR-ın 2021-2025-ci illər üçün təsdiq edilmiş elmi tədqiqat mövzuları daxilində 2022-ci il üçün nəzərdə tutulmuş elmi-tədqiqat işlərinin təsdiqi üçün aidiyyəti şəxslərin çıxışları dinlənilib. Şamaxı Astrofizika Rəsədxanasının 2022-ci il üçün elmi-tədqiqat işlərinin əhatəli planının hazırlanaraq AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə təqdim olunması qərara alınıb.

Daha sonra rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) yeni idarə heyəti və tərkibi seçilib. GAMŞ-ın sədri vəzifəsinə ŞAR-ın Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi Aynurə Həsənova, sədr müavini vəzifəsinə Qalaktikalar   ulduzəmələgəlmə prosesləri şöbəsinin kiçik elmi işçisi Nərgiz Tağıyeva, şuranın katibi vəzifəsinə isə Qoşa ulduzlar və eruptiv proseslər şöbəsinin elmi işçisi Aysel Rüstəmova seçilib.

Sonda bir sıra cari məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: