Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.12.2021 09:51
  • A-
  • A
  • A+

Fotosintezin molekulyar mexanizmlərinə dair tədqiqatlar aparılıb

Fotosintezin molekulyar mexanizmlərinə dair tədqiqatlar aparılıb

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclasda Xloroplastların fotokimyası, Hüceyrənin membran sistemləri laboratoriyalarının, eləcə də Bionanotexnologiya beynəlxalq laboratoriyasının və Veteranlar şurasının illik hesabatı dinlənilib.

Xloroplastların fotokimyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, Hüceyrənin membran sistemləri laboratoriyasının müdiri, professor Səftər Süleymanov və Bionanotexnologiya beynəlxalq laboratoriyasının müdiri, b.e.d. Süleyman Allahverdiyev “Fotosintezin molekulyar mexanizmlərinin tədqiqi, tənzimlənməsi və modelləşdirilməsi” mövzusu ətrafında 2021-ci ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələrini şura üzvlərinin diqqətinə çatdırıblar. Məruzəçilər cari ildə laboratoriya əməkdaşlarının çap işləri, konfranslarda iştirakı, yerli və xarici ezamiyyələr, kadr hazırlığı haqqında ətraflı məlumat veriblər.

İnstitutda fəaliyyət göstərən əmək və müharibə veteranları haqqında Elmi şura üzvlərinə məlumat verən Veteranlar şurasının sədri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov il ərzində görülən işlərdən, veteranların institutun elmi və ictimai həyatında oynadığı roldan bəhs edib.

İclasın sonunda hesabatların yekdilliklə qəbul olunması barədə qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: