Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.12.2021 14:28
  • A-
  • A
  • A+

Tarix Muzeyinin əməkdaşı beynəlxalq forumda Atabəylər dövrünün sikkələri barədə məlumat verib

Tarix Muzeyinin əməkdaşı beynəlxalq forumda Atabəylər dövrünün sikkələri barədə məlumat verib

Rusiyanın B.Qorodovikov adına Kalmıkiya Dövlət Universitetinin təşkilatçılığı ilə “Şəbəkə şərqşünaslığı: Şərq dünyası və dünyada Şərq” V beynəlxalq elmi forumu keçirilib.

Tədbirdə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova “Nizami və müasirlərinin mədhiyyəçilik fəlsəfəsi və numizmatikası” mövzusunda məruzə ilə çıxış edib (həmmüəllif: fəlsəfə elmləri doktoru, dosent Ələddin Məlikov). Rus dilində təqdim olunan məruzədə muzeyin Numizmatika fondunda qorunan Azərbaycan Atabəyləri (Şəmsəddin Eldəniz, Muhəmməd Cahan Pəhləvan, Qızıl Arslan) və şirvanşah-Kəsranilər (III Manuçöhr, I Əhsitan) dövrünün sikkələri barədə məlumat verilib.

Eyni zamanda, məruzədə XII-XIII əsrlərin Azərbaycan sikkələrində olan yazıların (dövrün hökmdarlarını tərif edən ifadələrin, onların titullarının) o dövrün şairlərinin (Muizzi, Ənvəri, Əbul Əla, Xaqani, Nizami) fəlsəfi dünyagörüşündə də əks edildiyi vurğulanıb. Şairlərin mədhiyyəçilik fəlsəfəsi və numizmatikasının Şərq dünyasındakı mövqeyi və müasir dövrümüzdəki tədqiqinin vacibliyi bir daha qeyd edilib.

Elmi forumun məruzələrinin nəşri nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: