Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.12.2021 16:22
  • A-
  • A
  • A+

Botanika İnstitutu ilə Altay Dövlət Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb

Botanika İnstitutu ilə Altay Dövlət Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb

Rusiyanın Altay Dövlət Universitetinin Cənubi Sibir Nəbatat Bağının böyük elmi işçisi, dosent Aleksey Voqanov AMEA-nın Botanika İnstitutunun qonağı olub.

İnstitutun baş direktoru, professor Səyyarə İbadullayeva qonağa müəssisənin elmi-tədqiqat istiqamətləri və aparılan işlər haqqında ətraflı məlumat verib.

A.Voqanov da öz növbəsində təmsil etdiyi təşkilatın fəaliyyəti və apardığı elmi-tədqiqat işləri barəsində danışıb.

Sonra Botanika İnstitutu ilə Rusiyanın Altay Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum çərçivəsində biomüxtəlifliyin öyrənilməsi üzrə müştərək layihələrin təşkili, kadr və təcrübə mübadiləsi və birgə tədqiqatların aparılması nəzərdə tutulur.

Daha sonra A.Voqanov institutun Herbari Fondu, Botanika Muzeyi, şöbə və laboratoriyaları ilə yaxından tanış olub. Rusiyalı alim Ekosistemlərin fitososiologiyası şöbəsinin müdiri, b.e.d. Naibə Mehdiyeva, Mikologiya şöbəsinin müdiri, b.e.d. Dilzarə Ağayeva, Herbari şöbəsinin müdiri, b.e.d. Pərvanə Qaraxani, Ali bitkilərin sistematikasi və coğrafiyası şöbəsinin müdiri, b.ü.f.d. Rəşad Səlimov və Toxum Bankı Sektorunun müdiri Aidə İbrahimova ilə görüşü zamanı gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: