Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.12.2021 15:42
  • A-
  • A
  • A+

Tarix İnstitutu illik hesabat verib

Tarix İnstitutu illik hesabat verib

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Tədbir Tarix İnstitutunun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunub.

İclasda Milli Azərbaycan Tarix Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı da iştirak edib.

Yığıncağı giriş sözü ilə açan institutunun baş direktoru, professor Kərim Şükürov müəssisənin elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatla çıxış edib. O, cari ildə aparılan elmi-tədqiqat işlərinin nəticələri, onların elmi və praktiki əhəmiyyətindən danışıb.

Daha sonra institutun elmi katibi tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirova hesabat ilində keçirilən beynəlxalq və respublika əhəmiyyətli elmi konfranslar, əməkdaşların iştirak etdiyi beynəlxalq konfranslar haqqında məlumat verib, institut əməkdaşlarının beynəlxalq indeksli jurnallarda dərc edilmiş elmi məqalələri barədə statistik göstəriciləri diqqətə çatdırıb.

Təqdim edilən hesabatlar ətrafında geniş müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib.

Elmi şura üzvləri institutun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: