Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.12.2021 11:58
  • A-
  • A
  • A+

MBBİ-də Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

MBBİ-də Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş onlayn tədbir keçirilib.

Öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, akademik İradə Hüseynova müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Liderinin vəfatından 18 il keçdiyini xatırladaraq, qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini bildirib. Akademik İradə Hüseynova əlavə edib ki, Ümummilli Lider öz əməli fəaliyyəti ilə nəinki Azərbaycan, eləcə də insanlıq, bəşəriyyət üçün dəyərli bir tarix yaradıb.

Tədbirdə AMEA YAP ilk Ərazi Təşkilatının sədri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ulduzə Qurbanova Ulu Öndəri Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə bütün gücünü səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən bir rəhbər olduğunu bildirib.

Yığıncaqda institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərgiz Bayramova və şuranın digər əməkdaşları çıxışlarında Heydər Əliyevin Azərbaycan, o cümlədən elmin inkişafı üçün gördüyü tarixi işlərdən və xalqın Ulu Öndərə olan sevgisindən danışıblar.

Tədbirin sonunda Ulu Öndərin xatirəsinə həsr olunan film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: