Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.12.2021 10:38
  • A-
  • A
  • A+

Arxeoloq alimlər hesabat veriblər

Arxeoloq alimlər hesabat veriblər

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Tədbirdə sözügedən müəssisənin 2021-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat və elmi-təşkilati işlərin hesabatı dinlənilib.

Yığıncaqda AMEA-nın müxbir üzvü Könül Bünyadzadə iştirak edib.

İclası açan Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru t.e.d., professor Abbas Seyidov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə əlaqədar institutunun 2021-ci ildə yerinə yetirdiyi işlər haqqında danışıb.

A.Seyidov qeyd edib ki, hesabat ilində Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu öz fəaliyyətini “Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlar” istiqamətində davam etdirib. Bu istiqamət üzrə 6 problem, 24 mövzu, 25 mərhələ üzərində elmi tədqiqat işləri aparılıb. Bunlardan 12 mövzu Azərbaycanda ibtidai icma cəmiyyəti və ilkin sinifli cəmiyyəti dövrünün arxeoloji tədqiqi, 6 mövzu Antik və orta əsrlər dövrlərinin arxeoloji tədqiqi, 1 mövzu Azərbaycanda etnoqrafik tədqiqatlar, 1 mövzu Azərbaycanda etnososioloji tədqiqatlar Azərbaycanda Antropoloji tədqiqatlar, 2 mövzu Azərbaycanda epiqrafik və numizmatik tədqiqatlar, 2 mövzu Azərbaycanda arxeoloji xidmətlərlə bağlı olub.

Hesabat üzrə müzakirələrdə tarix elmləri doktorları Əsədulla Cəfərov, Hidayət Cəfərov, Şirin Bünyadova, Güllü Məmmədli, tarix üzrə fəlsəfə doktorları Səfər Aşurov, Bəhlul İbrahimli, Fərhad Quliyev və digərləri çıxış ediblər.

AMEA-nın müxbir üzvü Könül Bünyadzadə çıxışında hesabat dövründə institut əməkdaşlarının elmi-tədqiqat işləri barədə öz fikirlərini bildirib.

Sonda institutun 2021-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat və elmi-təşkilati işlərin hesabatı qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: