Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

14.12.2021 14:50
  • A-
  • A
  • A+

Tarix Muzeyində Rəşid Behbudova məxsus foto qorunur

Tarix Muzeyində Rəşid Behbudova məxsus foto qorunur

Bu gün SSRİ xalq artisti (1959), SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və Dağıstan MSSR-in Xalq artisti, Gürcüstan SSR-in Əməkdar incəsənət xadimi Rəşid Behbudovun doğum günüdür.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda Rəşid Behbudova məxsus foto qorunur. Foto 1959-cu ildə məşhur azərbaycanlı dirijor və bəstəkar Niyazi, görkəmli bəstəkar Fikrət Əmirov və Rəşid Behbudov “Sevil” operası üzərində işləyərkən çəkilib.

Muzeyin Fotoneqativ fondunda da Rəşid Behbudova aid  fotoneqativlər qorunur (muzeyə təhvil verilmə tarixi: 1963-cü il).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: