Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.12.2021 14:22
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun alimi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbirdə məruzə edib

Əlyazmalar İnstitutunun alimi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbirdə məruzə edib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialı və Kürdəmir rayon Təhsil şöbəsinin birgə təşkil etdiyi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş yekun ədəbi-bədii tədbirdə iştirak edib.

Kürdəmir şəhər Tofiq İsmayılov adına 1 saylı tam orta məktəbin akt zalında keçirilən ədəbi-bədii gecədə Ə.Nəcəfzadə “Nizaminin milli və ədəbi kimliyi” mövzusunda məruzə edib, nizamisevərləri maraqlandıran sualları cavablandırıb.

Tədbir çərçivəsində hazırlanan kitab sərgisində Əlyazmalar İnstitutunun yeni nəşrləri də nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: