Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.12.2021 16:20
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunda 2022-ci ildə aparılacaq elmi-tədqiqat işləri müzakirə olunub

Neft və Qaz İnstitutunda 2022-ci ildə aparılacaq elmi-tədqiqat işləri müzakirə olunub

AMEA-nın Neft və Qaz İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclasa sədrlik edən institutun baş direktoru, akademik Fəxrəddin Qədirov tədbirin gündəliyi barədə məlumat verib.

Sonra müəssisənin şöbə müdiri Fəxrəddin Kərimov “Atmosferə atılan karbon dioksidin tutularaq neft yataqlarının qalıq ehtiyatlarının çıxarılmasında istifadəsi metodologiyasının işlənməsi və ekoloji aspektləri” proqramı haqqında danışıb.

Daha sonra institutun icraçı direktoru, professor Vaqif Qurbanov AMEA prezidentinin 19 noyabr 2021-ci il tarixli sərəncamına əsasən, Neft və Qaz İnstitutunda 2022-ci ildə aparılacaq elmi-tədqiqat işlərinin əhatəli planının müzakirəsi barədə danışıb.

İclasda mühüm nəticələrin müzakirəsi aparılıb və işlərin icraçılarına müvafiq tövsiyələr verilib.

Tədbirdə, həmçinin Neft və Qaz İnstitutunun Həmkarlar Təşkilatının hesabatını Nuhbaba Şıxıyev təqdim edib. O, hesabatda il ərzində görülən işlər, edilən yardımlar haqqında məlumatı diqqətə çatdırıb.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: