Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.12.2021 16:34
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzin ilk Ərazi partiya təşkilatının iclası keçirilib

Seysmoloji Mərkəzin ilk Ərazi partiya təşkilatının iclası keçirilib

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) ilk Ərazi partiya təşkilatının iclası keçirilib.

Yığıncaqda çıxış edən Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqillik əldə edən Azərbaycan xalqı bir sıra ağır sınaqlara məruz qalıb. Həmin dövrdə ayrı-ayrı siyasi qrupların çəkişmələri ölkə daxilində siyasi xaos yaratmışdı. Belə bir zamanda Azərbaycan xalqının gələcəyi və ölkənin qurtuluşu üçün tək yol Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı idi.

Çıxışı zamanı Azərbaycan ziyalılarının Ulu Öndər H.Əliyevə müraciəti ilə bağlı danışan baş direktor Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması və partiyanın keçdiyi inkişaf yolu haqqında da fikirlərini bölüşüb.

Q.Yetirmişli hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatlardan, partiya quruculuğu sahəsində olan yeniliklərdən də danışıb. Həmçinin o qeyd edib ki, işğal altında olan torpaqlarımız da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməndən azad olunub. Azərbaycan xalqının birliyi və öz Prezidenti ətrafında bir yumruq kimi birləşməsi müharibədə Zəfərin əldə olunması ilə nəticələndi.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək RSXM-nin ilk Ərazi partiya təşkilatının fəaliyyəti haqqında danışıb.

İclasda RSXM-nin nin ilk Ərazi partiya təşkilatına yeni sədr və sədr müavini seçkisi keçirilib. Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli yekdilliklə sözügedən müəssisənin ilk Ərazi partiya təşkilatının sədri seçilib. RSXM-nin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı sədr müavini seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: