Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.12.2021 16:52
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun hesabat iclası keçirilib

İdarəetmə Sistemləri İnstitutunun hesabat iclası keçirilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat iclası keçirilib.

Tədbiri institutun baş direktoru, akademik Əli Abbasov açaraq rəhbərlik etdiyi müəssisənin cari il üzrə hesabatını Elmi şura üzvlərinə təqdim edib. Cari ildə İSİ əməkdaşları tərəfindən aparılan elmi araşdırmaları dəyərləndirən akademik institutda yerinə yetirilən elmi-tədqiqat işləri və alınmış mühüm elmi nəticələr haqqında ətraflı məlumat verib.

Ə.Abbasov qeyd edib ki, il ərzində ümumilikdə 412 elmi əsərlərdən 198-i yüksək indeksli jurnallarda dərc edilib. Son beş ilin ən yüksək göstəricisi olaraq cari ildə institutun müxtəlif respublika və beynəlxalq konfranslarda iştirak etmiş əməkdaşların əsərlərinə “Web of Science”, “Google Scholar”  bazalarında 2143 istinad olunub.

Akademik tətbiq olunan elmi-tədqiqat işləri, qrantlar, təltif və mükafatlar, kadr hazırlığı barədə məlumat verib. İclasda, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, elmlə təhsilin inteqrasiyası istiqamətində həyata keçirilən əməli tədbirlər, baş tutan görüşlər, təşkil edilən konfrans və seminarlar, eləcə də elmin populyarlaşdırılması istiqamətində görülən işlərin müsbət dinakmikası qeyd olunub.

Daha sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək müasir dövrdə elmi inkişafın önəmini vurğulayıb, bu istiqamətdə AMEA-da, o cümlədən İSİ-də həyata keçirilən tədqiqat işlərinin, əldə olunan elmi nəticələrin əhəmiyyətindən bəhs edib.

2021-ci il üzrə tədqim olunan hesabatı yüksək qiymətləndirən Ə.Sadıqov cari ildə İSİ-də müxtəlif qurumlarla xarici əlaqələrin, elmi əməkdaşlıqların qurulmasını təqdirəlayiq hesab edib.

Hesabat ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb, rəy və təkliflər səsləndirilib. Müzakirələrdə professor Abbas Rzayev, r.e.d. İlqar Məmmədov, dosentlər Əbülfət Fətullayev, Ələkbər Axundov, Rəna Əsədova, i.ü.f.d. Aygün Əliyeva və elmi katib Zəhra Əzizova iştirak ediblər. Daha sonra açıq səsvermə keçirilərək hesabat Elmi şura üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: