Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.12.2021 11:57
  • A-
  • A
  • A+

“Earth science mixer” mövzusunda tədbir keçirilib

“Earth science mixer” mövzusunda tədbir keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Yer Elmləri Departamenti tərəfindən təşkil olunmuş “Earth science mixer” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, AMEA-nın Neft və Qaz, Geologiya və Geofizika institutlarının, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ADNSU-nun, “Azərkosmos” ASC-nin, BP, JOCAP, “Baker Hughes”, “eiLink”, “Total”, “Schlumberger”, “Subsea7”, “Women in Science”, “Datum” və s. kimi təşkilatların nümayəndələri iştirak ediblər.

Bu tanışlıq görüşü UFAZ-ın Yer elmləri sahəsi üzrə fəaliyyət göstərən tərəfdaşlarına və mütəxəssislərə universitet, tədqiqat institutları və şirkətlər arasında gələcək əməkdaşlığı stimullaşdırmaq məqsədi ilə baş tutub və mehriban atmosferdə bir araya gəlmək üçün imkan yaradıb.

Tədbirdə AMEA-nın Neft və Qaz İnstitutunu müəssisənin elmi katibi, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova təmsil edib.

Qeyd edək ki, UFAZ tələbələri Neft və Qaz İnstitutunda təcrübə keçir və buraxılış layihələrini yerinə yetirirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: