Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanda kənd əhalisinin məskunlaşmasının müasir vəziyyəti və demoqrafik inkişaf problemləri təhlil edilib
23.12.2021 11:16
  • A-
  • A
  • A+

Azərbaycanda kənd əhalisinin məskunlaşmasının müasir vəziyyəti və demoqrafik inkişaf problemləri təhlil edilib

AMEA-nın akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovun “Azərbaycan Respublikasında kəndlərin demoqrafik inkişafı və kənd əhalisinin məskunlaşması problemləri” adlı kitabı nəşr edilib.

5 fəsildən ibarət monoqrafiyada Azərbaycanda kənd əhalisinin məskunlaşmasının müasir vəziyyəti və demoqrafik inkişaf problemləri təhlil edilir. Nəşrdə son dövrlərdə baş verən demoqrafik proseslərin dinamikası, ona təsir edən amillər və əsas nəticələr öz əksini tapıb.

Kitabın “Kəndlərin demoqrafik inkişafının əsas istiqamətləri” fəslində əhalinin sayının dinamikası, milli tərkibi, yaş və cins tərkibi, orta ömür uzunluğu, doğum və ölüm göstəriciləri, məşğulluq quruluşu, gəlir mənbələri, miqrasiyası, nikahlar və boşanmalar, ev təsərrüfatları və s. kimi maraqlı məlumatlar əldə etmək mümkündür.

Nəşr əhali coğrafiyası, demoqrafiya, iqtisadi coğrafiya ilə məşğul olan elmi işçilər, ali məktəblərin tələbələri (bakalavr və magistrantlar), regional planlaşma ilə məşğul olan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: