Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
25.04.2025 11:50
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin aprel ayında sonuncu sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Azərbaycan-Çin genişmiqyaslı strateji tərəfdaşlığı istiqamətində yeni səhifə” başlıqlı icmal yer alıb.

Bugünkü sayın ilk səhifələrində “Azərbaycan-Qırğızıstan elmi əlaqələri yeni inkişaf mərhələsində” rubrikası altında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Qırğızıstana səfəri çərçivəsində keçirdiyi görüşlər və iştirak etdiyi tədbirlərlə bağlı xəbərlər, AMEA-da professor İhsan Doğramacının 110 illiyinə həsr olunmuş konfransa dair geniş yazı, eləcə də akademik İsa Həbibbəylinin Özbəkistanın Pedaqoji Təkmilləşdirmə Mərkəzinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşünə dair informasiya dərc edilib.

Qəzetin bu buraxılışında Akademiyanın ilk təsisçilərindən biri olan akademik Mikayıl Useynovun 120 illiyinə həsr olunmuş elmi sessiya, MEK-də professor Bədirxan Əhmədlinin kitablarının təqdimatı, AMEA-da mini futbol turnirinin açılışı ilə bağlı məlumat və digər xəbərlər  yer alır.

Bundan əlavə, qəzetdə AMEA-nın Naxçıvan Bölməsində, Gəncə Bölməsində təşkil olunan tədbirlər, “Etnoqrafiya sahəsində ilk qadın elmlər doktoru” başlıqlı müsahibə, ümumilikdə həftə ərzində Akademiyanın elmi müəssisə və təşkilatlarında keçirilən digər tədbirlər barədə yazılar işıqlandırılıb.

Qəzetin rus və ingilis dili bölmələrində AMEA-da “İlham Əliyev: Qadınlara istiqamətli qlobal təşəbbüslər və gender bərabərliyinin inkişafı (2003-2023)” kitabının təqdimatı ilə bağlı icmal, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun professoru Maka Elbakidze ilə müsahibə, eləcə də aktual mövzuda tədbirlərlə bağlı yazılar oxucuların ixtiyarına verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: