Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.12.2021 09:54
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Dekabrın 29-da AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının cari ildə yekun iclası keçirilib.

İclası giriş sözü ilə açan müəssisənin baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra iclasın gündəliyində duran məsələlər müzakirə edilib.

Tədbirdə AMEA-nın müxbir üzvü İdeal Nərimanovun 95 illik yubileyi ilə əlaqədar institutda elmi sessiyanın keçirilməsi və alimin elmi yaradıcılığı ilə bağlı kitabın hazırlanması, o cümlədən tarix elmləri doktoru, professor Məmmədəli Hüseynovun 100 illik yubileyi ilə əlaqədar beynəlxalq konfransın keçirilməsi qərara alınıb.

Bundan əlavə, Arxeoloji texnologiya şöbəsinin dissertantı Nəsibə Mustafayevanın tarix üzrə fəlsəfə doktorluğu dissertasiya mövzusunun adında dəyişiklik edilib.

İclasda, həmçinin 2021-ci ildə doktorantura və dissertanturaya qəbul olan iddiaçıların fərdi planlarının təsdiqi məsələsi müzakirəyə çıxarılıb. Sözügedən məsələ ilə bağlı tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov məlumat verib və  yekdil səslə iddiaçıların fərdi planları təsdiqlənib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

Qeyd edək ki, müzakirələrdə professorlar Hidayət Cəfərov, Nəcəf Müseyibli, Qafar Cəbiyev, Şirin Bünyatova, tarix elmləri doktoru Güllü Məmmədli, tarix üzrə fəlsəfə doktorları Emil Kərimov, Bəhlul İbrahimli və Akif Quliyev çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: