Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi.
Tədbiri giriş sözü ilə açan MEK-in direktoru, filologiya üzrə elmlər doktoruAybəniz Əliyeva-Kəngərli AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü ildə keçirilmiş iclasında Gənc Alim və Mütəxəssislər Şurasının yaradılmasına dair qərarın qəbul olunduğunu söylədi, Şuranın yaradılmasının əhəmiyyəti, məqsəd və vəzifələrindən söhbət açdı.
A.Əliyeva-Kəngərli kitabxanada çalışan gənclərin fəaliyyətindən danışaraq onların daha geniş miqyasda elmi və elmi-təşkilatı fəaliyyətə cəlb olunması istiqamətində mühüm tədbirlərin görüldüyünü, mühüm dövlət proqramları çərçivəsində yerinə yetirilən layihələrdə fəal iştirak etdiklərini nəzərə çatdırdı. Bildirdi ki, hazırda MEK-də 40-a yaxın gənc kadr fəaliyyət göstərir.
Sonra namizədliyi irəli sürülmüş gənclər səsvermə yolu ilə kitabxananın yeni yaradılacaq Gənc Alim və Mütəxəssislər Şurasına üzv seçildilər.
Tərkibi 9 nəfərdən ibarət olmaqla Nərminə Abdullayeva Şuranın sədri, Validə Həsənova sədr müavini, Rəna Kazımova isə katib seçildi.
Sonda çıxış edən MEK-in elmi işlər üzrə direktor müavini Firəngiz Hüseynova, elmi katib Qutlyera Cəfərova və başqaları gənc alimlərə gələcək fəaliyyətlərində uğurlar arzuladılar, kitabxananın elmi fəaliyyətində onların iştrakının önəmliliyini vurğuladılar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.